...

Hərbi parada hazırlıqla bağlı Azadlıq meydanına hərəkət məhdudlaşdırılıb

Cəmiyyət Materials 20 İyun 2013 11:42 (UTC +04:00)
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar cümə axşamı paytaxtın Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.
Hərbi parada hazırlıqla bağlı Azadlıq meydanına hərəkət məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir M.Əliyev/

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar cümə axşamı paytaxtın Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paradla əlaqədar bu gün paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək:

"Avtomobil sürücülərinə bunu nəzərə alaraq qeyd edilən küçələrdə sıxlığın və tıxacların yaranmaması üçün alternativ yollardan, həmçinin ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti