...

Bakıda hərbi parada hazırlıq məqsədilə son əsas məşq keçirilir (FOTO)

Cəmiyyət Materials 24 İyun 2013 18:17 (UTC +04:00)
Bu gün Bakıda 26 İyun - Silahlı Qüvvələr Günü keçiriləcək hərbi parada hazırlıq məqsədilə son əsas məşq keçirilir.
Bakıda hərbi parada hazırlıq məqsədilə son əsas məşq keçirilir (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün Bakıda 26 İyun - Silahlı Qüvvələr Günü keçiriləcək hərbi parada hazırlıq məqsədilə son əsas məşq keçirilir.

Trend-in məlumatına görə, məşq paytaxtın Azadlıq meydanında keçirilir.

Hərbi mənbələrdən Trend-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunan hərbi paradın son əsas məşqində Silahlı Qüvvələrin qanunvericiliklə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin 5 mindən artıq şəxsi heyəti, 400-dən çox hərbi texnika və silah sistemi, 100-dən çox döyüş təyyarəsi və vertolyotu, 40-dan çox hərbi gəmi iştirak edir.

Əvvəlcə meydandan Silahlı Qüvvələrin bütün növ hərbi birləşmələrinin şəxsi heyəti, sonra hərbi texnika, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri keçəcək. Ən sonda isə Azərbaycan Silahlı Qüvvələrinin təyyarələri rəngli tüstü ilə səmada Azərbaycan bayrağını əks etdirəcək.

Hərbi paradın məşqinin gedişini müdafiə naziri Səfər Əbiyev, Azərbaycan Silahlı Qüvvələrinin generalları və yüksək rütbəli hərbçiləri izləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti