Azərbaycan, Bakı, 9 iyul /Trend/
İyulun 6-da Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş 18-ci illik piknik keçirilib. Biletlər bir həftə ərzində satılıb.
Rəsmi açılış Amerika Ticarət Palatasının Azərbaycandakı vitse-prezidenti Teybə Quliyeva və Mark Tomasın, həmçinin Azərbaycan və ABŞ-ın himnləri və Amerika Fəxri qarovulunun müşayəti altında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın salamlamaları ilə başlayıb.
PAŞA Bank-ın Korporativ və kommersiya bank işi şöbəsinin müdiri, Müstəqillik Günü münasibətilə hər il keçirilən piknikin baş sponsoru Vüqar Sadiq qonaqları öz çıxışı ilə salamladı və Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu Müstəqillik Günü münasibətilə 18-ci illik piknikin rəsmi açılışını elan etdi.
18-ci Müstəqillik Günü münasibətilə illik piknikin xüsusi qonağı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib: "Mən istərdim ki, Müstəqillik Günü münasibətilə keçirilən 18-ci illik piknikə görə Azərbaycandakı Amerika Ticarət Palatasına və rəhbər şirkətlərin aparıcı nümayəndələrini qeyri-rəsmi şəraitdə birləşdirən bu gözəl tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığımı bildirim. Azərbaycanda Amerika Ticarət Palatasının yaradılmasından sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası müəssisələri arasında əməkdaşlıq səviyyəsi yüksəlmiş və biznes mühiti ən yüksək etik standartlar və dövlət qaydaları və normaları ilə bağlı olaraq yaxşılaşmışdır".
Səfir tədbirdə həyat yoldaşı Feys Morninqstarla birgə iştirak edib.
Canlı musiqi qrupu və Barbekü 17:00-da başladı və səhərə qədər davam etdi. Qonaqlar uşaq klubu, müxtəlif oyunlar, rəqslər və tort yemək yarışmasından zövq aldılar. Tədbirin əsas məqamı "AmCham's Got Talent Show" oldu. Şounun iştirakçıları Turab Teymurov (Amerika Ticarət Palatası), Kent Maknelli ("Azərfon"da baş icraçı direktor), Azercell komandsı, Nigar Həsənzadə (Aqua Vita) və şounun qalibləri: 2010-cu il Avroviziya mahnısını: Chanée & N'evergreen - In a Moment Like This ifa edən Teybə Quliyeva (Societe Generale) və Mark Tomas (ВР) oldu.
Mükafat oyunları şoudan sonra başladı və əsas mükafat PAŞA Travel tərəfindən hədiyyə edilən Parisə 5 gecəlik 5 ulduzlu hotelə səyahət idi.
PAŞA Bank-ın mailiyyələşdirdiyi fənərlər qonaqlar tərəfindən səmaya buraxıldı və bütün şəhərə yayılaraq gözəl mənzərə yaratdı.
18-ci Müstəqillik Günü illik piknikinin əsas sponsoru PAŞA Bank idi. Digər sponsorlar: Azercell, Tuborg, Holcim, Cross Caspian, PASHA Travel, Coca-Cola, Chevron, МcDermott, Amec, PwC, Xazar Investment, Golden Pay, BeSmart, The Landmark, Kempinski Hotel Badamdar, Four Seasons Baku Azerbaijan, Fairmont Baku, Oriflame, JW Marriott, Jumeirah, Gazelli Group, Hind Klinikasi, HYATT Regency Baku, Hillton, park inn, EXELSIOR Hotel və International SOS idi.