...

İraq Azərbaycanın mina və hərbi sursatların təmizlənməsi təcrübəsini öyrənməkdə maraqlıdır

Cəmiyyət Materials 12 İyul 2013 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

İraq Azərbaycanın mina və partlamamış hərbi sursatların təmizləməsi üzrə təcrübəsini öyrənmək istəyir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.

Onun sözlərinə görə, bununla bağlı İraq tərəfindən agentliyə konkret müraciət daxil olub:

"Biz onların müraciətlərinə baxmışıq. Artıq onlara öz təkilflərimizi də vermişik. Bu məsələ ilə bağlı İraq Müdafiə Nazirlyinin 9 əməkdaşından ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlməli idi. Amma orada bəzi problemlər yarandığından onların Azərbaycana səfəri hələlik təxirə salınıb".

Lakin ANAMA-nın direktoru qeyd edib ki, İraq nümayəndə heyəti Azərbaycana mütləq gələcklər. Çünki İraq tərəfi mina və hərbi sursatların təmizlənməsi sahəsində Azərbaycanın Əfqanıstanla olduğu kimi onlarla da əməkdaşlıq etməsində maraqlıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti