...

Azərbaycanda mənimsəmədə ittiham olunan şirkət əməkdaşının cəzası ağırlaşdırılıb

Cəmiyyət Materials 18 İyul 2013 14:08 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən “Koroğlu” MMC-nin əməkdaşı Salaməli Allahverdiyevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb.
Azərbaycanda mənimsəmədə ittiham olunan şirkət əməkdaşının cəzası ağırlaşdırılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Məmmədov/

Bakı Apelyasiya Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən "Koroğlu" MMC-nin əməkdaşı Salaməli Allahverdiyevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Salaməli Allahverdiyvin barəsində çıxarılmış bəraət hökmünü ləğv edib və yeni hökm çıxarıb.

Yeni hökmə əsasən, Salaməli Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 7 il müddətinə şərti cəzaya məhkum edilib.

Salaməli Allahverdiyev uzun müddət Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olub. O, 2010-cu il fevralın 6-da tutulub. Salaməli Allahverdiyev "Koroğlu" MMC-nin sabiq əməkdaşıdır. O, çalışdığı şirkətdən külli miqdarda pul mənimsəməkdə təqsirli bilinirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti