...

Ağcabədi və Ağdam rayonlarının sakini ASAN Səyyar Xidmətdən yararlana biləcəklər

Cəmiyyət Materials 19 Avqust 2013 10:01 (UTC +04:00)
Ağcabədi və Ağdam rayonlarının ümumi sayı 300 mindən çox olan sakini sentyabrın 2-dək ASAN Səyyar Xidmətdən Ağcabədi rayonunda yararlana biləcəkdir.
Ağcabədi və Ağdam rayonlarının sakini ASAN Səyyar Xidmətdən yararlana biləcəklər

Azərbaycan, Bakı, 19 avqust / Trend müxbir M.Əliyev/

Ağcabədi və Ağdam rayonlarının ümumi sayı 300 mindən çox olan sakini sentyabrın 2-dək ASAN Səyyar Xidmətdən Ağcabədi rayonunda yararlana biləcəkdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi xidmətdən bildirilib.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda isə Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda isə Kürdəmir rayonunun sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti