...

Moskvada OANA-nın Baş assambleyasının iclası keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2013 10:10 (UTC +04:00)
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iclası öz işinə sentyabrın 18-də Rusiyanın paytaxtı Moskvada başlayacaq.
Moskvada OANA-nın Baş assambleyasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Hüseynov/

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iclası öz işinə sentyabrın 18-də Rusiyanın paytaxtı Moskvada başlayacaq.

Üç günlük müzakirələrin mövzusu bunlardır: Qloballaşma erasında KİV-in əsas inkişaf tendensiyaları və rolu; transmedia kommunikasiyanın imkanları və problemləri; müasir informasiya bazarının transformasiyasının dünyəvi və regional faktorları.

Moskvada keçiriləcək görüş Asiya-Sakit Okean regionunun media məkanında aktual olan digər bir çox məsələlərlə bağlı müzakirə meydançası olacaq.

Gözlənildiyi kimi, iclas zamanı Türkiyənin "Anadolu" agentliyinin OANO-da üçillik prezidentliyi növbəti üçillik müddət ərzində Baş assambleyanın Moskva iclasının təşkilatçısı olan Rusiyanın "İTAR-TASS" agentliyinə ötürüləcək. Görüşdə, o cümlədən 2016-2019-cu illərdə OANA-nın İcraçı Komitəsinin prezidenti və üzvlərinin seçilməsi məsələsi müzakirə ediləcək.

Baş assambleyada iştirak etmək üçün Rusiya rəhbərliyi, beynəlxalq təşkilatların (BMT, YUNESKO, ŞƏT, ASEAN) rəhbərləri, dünya və regional media alyansları və təşkilatları dəvət olunublar.

Azərbaycanı iclasda iki agentlik - Trend və "AzərTac" təmsil edəcək.

1961-ci ildə yaradılan OANO ən böyük media təşkilatıdır və dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti