...

Keçmiş diktatorun həyat yoldaşı vəfat etdi

Cəmiyyət Materials 20 Oktyabr 2013 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Keçmiş Yuqoslaviyanın sabiq rəhbəri İosif Broz Titonun həyat yoldaşı Yovanka Broz 89 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, diktatorla 30 ilə yaxın birgə ömür sürən xanım Broz Serbiyanın paytaxtı Belqradda avqust ayından etibarən xəstəxanada müalicə olunurdu.

Y.Brozun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, İ.B.Tito 1980-ci ildə öləndən sonra həyat yoldaşı ev dustağı edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti