...

Azərbaycanda yaxın iki gün ərzində mülayim hava şəraiti davam edəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Oktyabr 2013 12:47 (UTC +04:00)
Azərbaycanda yaxın iki gün ərzində mülayim, yağmursuz hava şəraiti davam edəcək.
Azərbaycanda yaxın iki gün ərzində mülayim hava şəraiti davam edəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:32-də yayılıb)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yaxın iki gün ərzində mülayim, yağmursuz hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 30 və 31-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 17-22, Mərkəzi Aran rayonlarında 17-22 dərəcə isti olacağı gözlənilir.

Dağlıq ərazilərdə havanın temperaturu gündüz saatlarında 9-14 dərəcə isti olacaq.

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 31-dək ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Mərkəzi-Aran rayonlarında maksimal temperaturun 19-24 dərəcəyədək yüksələcəyi pambığın yetişməsi, yığımı və qurudulması üçün şərait yaradacaq. Əsasən yağmursuz hava şəraiti payızlıq dənlilərin səpini, toxumların cücərməsi və bitkilərin inkişafı üçün əlverişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti