...

Day.Az media şirkəti illik "Xalq seçimi" mükafatını təqdim edib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2013 13:55 (UTC +04:00)
Cümə günü "Xalq seçimi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Sözügedən müsabiqə Day.Az media şirkəti tərəfindən hər il keçirilir.
Day.Az media şirkəti illik "Xalq seçimi" mükafatını təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Əhmədova/

Cümə günü "Xalq seçimi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Sözügedən müsabiqə Day.Az media şirkəti tərəfindən hər il keçirilir.

Oxucular onlayn rejimdə Day.Az portalında bəyəndikləri məhsula səs verirlər.

Müsabiqənin qalibləri "Xalq seçimi" mükafatı - heykəlcik, diplom və hədiyyə ilə təltif ediliblər.

Təqdimat mərasimində Day.Az Media Şirkətinin korporativ inkişaf üzrə direktoru Nihad Haqverdiyev şirkətin həyata keçirdiyi yeni layihələr barədə danışıb.

"Xalq seçimi" mükafatının qalibləri:

"Ən yaxşı çay" sorğusunun qalibi - Azərçay (Azersun Holding)

"Ən yaxşı günəbaxan yağı" sorğusunun qalibi - Final Oil (Azersun Holding)

"Ən yaxşı kəsmik" sorğusunun qalibi - Sevimli Dad (MPRO)

"Ən yaxşı ayran" sorğusunun qalibi - Atena

"Ən yaxşı tum" sorğusunun qalibi - Beloçka

"Ən yaxşı içməli su" sorğusunun qalibi - Slavyanka

"Ən yaxşı kompot" sorğusunun qalibi - Bizim Tarla (Azersun Holding)

"Ən yaxşı süd" sorğusunun qalibi - Pal süd

"Ən yaxşı mürəbbə" sorğusunun qalibi - Bizim Tarla (Azersun Holding)

"Ən yaxşı kolbasa məmulatı" sorğusunun qalibi - Sevimli Dad (MPRO)

"Ən yaxşı konserv məmulatı" sorğusunun qalibi - Bizim Tarla (Azersun Holding)

Xüsusi mükafatlar kütləvi informasiya vasitələri adından park və bağça mebelləri istehsalı sahəsində uğurlara görə "İDEA" brendinə, ən populyar brend qismində "Jalə" meyvə şirələrinə, Cənubi Qafqazda ilk uşaq gözəllik salonu qismində "Barbarisso" brendinə, ən qənaətcil və ekoloji avtomobil qismində "Skoda" avtomobil modelinə, həmçinin "İceland" ticarət markasına təqdim edilib.

İnternet və İKT-nin regional inkişafına görə, xüsusi priz "SMART Systems Technology" şirkətinə verilib.

Tədbir zamanı, həmçinin "Jobs.day.az" layihəsinin təqdimatı da olub və iş axtaran insanlar üçün açılmış bu imkanın faydası haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti