...

Bakıda 5 saylı cəzaçəkmə müəssisəsinin yataqxanasında nöqsan aşkar edilib

Cəmiyyət Materials 19 Noyabr 2013 16:20 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsinə növbəti dəfə planlı uzunmüddətli başçəkmə həyata keçiriblər.
Bakıda 5 saylı cəzaçəkmə müəssisəsinin yataqxanasında nöqsan aşkar edilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda 5 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsinə növbəti dəfə planlı uzunmüddətli başçəkmə həyata keçiriblər. MPQ-nin həkim üzvünün iştirak etdiyi başçəkmədə məqsəd saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Müəssisənin bütün obyektlərinə, o cümlədən korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə baxış keçirilib, burada saxlanılan 50-dək məhkum fərdi qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları izah olunub.

Araşdırma zamanı pis rəftara məruz qalma ilə bağlı müraciət daxil olmayıb.

Müəssisədə məhkumların asudə vaxtının təşkili, dini ayinlərin icrası üçün xeyli iş görülüb. Bundan əlavə, məhkumların ailələri və yaxınları ilə əlaqə yaratmaq üçün telefonların sayı 5-ə çatdırılıb, yeni hamam istifadəyə verilib.

Eyni zamanda, bəzi nöqsanlar, o cümlədən tibb hissəsi ilə bağlı çatışmazlıqlar, habelə müəssisədə mövcud olan iki yataqxanadan hələ yalnız birinə taxta döşəmələrin vurulduğu müəyyən edilib.

Qəbul edilmiş məhkumların qaldırdığı məsələlər və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib, bunlardan bəziləri yerində həll edilib, digər tövsiyələrin isə həlli istiqamətində gələcəkdə iş aparılacağı bildirilib.

Başçəkmənin nəticələri üzrə ədliyyə nazirinə məktub göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti