...

Arif Əsgərov: Azərbaycanda sərnişin vaqonlarının istehsalı ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək

Cəmiyyət Materials 23 Dekabr 2013 14:54 (UTC +04:00)
Azərbaycanda sərnişin vaqonları zavodunun tikintisi məsələsinə baxılır. Bununla bağlı yaxın zamanlarda yekun qərar veriləcək. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirib.Azərbaycanda sərnişin vaqonları zavodunun tikintisi məsələsinə baxılır. Bununla bağlı yaxın zamanlarda yekun qərar veriləcək. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirib.
Arif Əsgərov: Azərbaycanda sərnişin vaqonlarının istehsalı ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda sərnişin vaqonları zavodunun tikintisi məsələsinə baxılır. Bununla bağlı yaxın zamanlarda yekun qərar veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirib.

A.Əsgərov, həmçinin qeyd edib ki, hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə istifadədə olan vaqonların təmiri işləri aparılır.

Onun sözlərinə görə, bu yaxınlarda Ukraynanın Dnepropetrovsk vaqon təmiri zavodunda 50 sərnişin vaqonu təmir olunaraq ölkəyə gətirilib. Hazırda onlar Bakı-Moskva və Bakı-Tbilisi beynəlxalq xətlərində işləyir.

Bundan əlavə, Çexiya, Rusiya zavodlarında vaqonların təmiri davam etdirilir: "Ümumiyyətlə, sərnişin vaqonlarının təmir edilməsi işləri mütəmadi olaraq davam etdirilir. Bundan əlavə, yük vaqonlarının, eləcə də çən vaqonların təmiri işləri aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti