...

"28 Mall" Yeni il öncəsi alış-verişi maraqlı edəcək

Cəmiyyət Materials 26 Dekabr 2013 16:23 (UTC +04:00)
Ticarət mərkəzi müştəriləri üçün müxtəlif hədiyyələr hazırlayır
"28 Mall" Yeni il öncəsi alış-verişi maraqlı edəcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

"28 Mall" Ticarət Mərkəzi qarşıdan gələn Yeni il münasibətilə öz müştərilərinə müxtəlif hədiyyələr hazırlayıb və iş qrafikində dəyişikliklər edib. Belə ki, dekabr ayının 27-dən 31-dək ticarət mərkəzinin ərazisində yerləşən Zara, Mango, Bershka, Bazar Store, İdeal, Music Gallery, Zippi, Okakidi mağazaları və iaşə obyektləri saat 23:30-dək müştərilərə xidmət göstərəcək.

Bundan başqa, dekabr ayının 27-si saat 22:00-da dəb bloqerləri Caspian Vouge, İblonde, Soure_de_lone və dizayner Ləman Yusifli mağazalarda geyim seçimi etmək üçün konsultasiyalar təşkil edəcəklər. Əsl bayram əhval-ruhiyyəsi, Dj, uşaq oyunları "28 Mall"da alış-verişi həm maraqlı, həm də xoş edəcək.

Qeyd edək ki, "28 Mall" Ticarət Mərkəzi Azadlıq prospekti və Füzuli küçələrinin kəsişməsində yerləşir və ərazisində SEL HOME, İDEAL, SHAKH, UNITED COLORS OF BENETTON, ETAM, GAP, NINE WEST, 28 CINEMA, ZARA, INGLOT, NEW YORKER, SECOND CUP, MANGO, BERSHKA, STRADIVARIUS, BAZAR STORE, ROMANTIC, VITRAGE, MASSIMO DUTTI, SWAROVSKI, MONSOON, ALDO, ACCESSORIESE, FLORMAR, CELIO, NEXT, CHARLES&KEITH, LA SENZA, GLORIA JEAN'S COFFEES, LCWAIKIKI, PAK DAD, MCDONALDS, KFC və MADO kimi bir çox ticarət və iaşə obyektləri fəaliyyət göstərir.

Burada Bakıda olan bütün demokratik brendləri tapmaq olar. Müştərilər bir məkanda brend mağazalardan alış-veriş edə, yemək yeyə, ən son filmlərə baxa və istirahət edə bilərlər.

"28 Mall"ın ümumi sahəsi 25.000 m2-dir. Mərkəzin ərazisində ticarət obyektləri ilə yanaşı, Food Court (alış-veriş mərkəzlərində yemək üçün ayrılmış xüsusi bölmə) və restoranlar, 1200 nəfərlik kinoteatr və uşaqlar üçün əyləncə yeri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti