...

Bakının iki rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər gözlənilir

Cəmiyyət Materials 24 Yanvar 2014 18:40 (UTC +04:00)
Bakının iki rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilə bilər. Trend-in məlumatına görə, "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" müvafiq qanun layihəsi cümə günü Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunub.
Bakının iki rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər gözlənilir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Əliyev/

Bakının iki rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilə bilər. Trend-in məlumatına görə, "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" müvafiq qanun layihəsi cümə günü Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunub.

Sənədə əsasən, dövlət mülkiyyətində olan 3,2 min hektar ərazinin Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin tərkibindən çıxarılması təklif edilir. Gələcəkdə bu ərazi Gürgan qəsəbəsinin tərkibinə daxil ediləcək. Sonradan Gürgan qəsəbəsi Xəzər rayonunun tərkibindən çıxarılaraq Pirallahı rayonunun tabeliyinə veriləcək.

Parlament komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, Pirallahı rayonu 3 qəsəbənin əsasında yaradılıb və onun genişləndirilməsinə ehtiyac var: "Hazırda rayon Pirallahı, Çilov və Neft Daşları qəsəbələrini özündə birləşdirir. Rayon ərazisinə yeni yaşayış məntəqəsinin birləşdirilməsi Gürgan kəndinin coğrafi mövqeyi və sakinlərinin əksəriyyətinin əmək və digər fəaliyyətinin Pirallahı rayonu ilə bağlı olması baxımından əsaslandırılıb".

Müzakirələrin yekunu olaraq qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti