...

Etibardan sui-istifadə edərək başqasının mənzilini bankda girov qoyan Mingəçevir sakini barəsində cinayət işi açılıb

Cəmiyyət Materials 29 Yanvar 2014 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı Mingəçevir şəhər sakini Tural Məmmədovun Rəkanət Əhmədovanın etibarından sui-istifadə edərək əri Mirzə Əhmədovla birgə nikah müddətində alqı-satqı yolu ilə aldıqları mənzili mülkiyyətçilərinin notarial qaydada təsdiq olunmuş razılığı tələb olunduğu halda, Mirzə Əhmədovdan belə razılıq alınmadan və yalnız Rəkanət Əhmədovanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon ərazi idarəsindən çıxarış alınması üçün verdiyi etibarnamə əsasında başqa şəxsin götürdüyü kreditin təminatı kimi "Kapital Bank" ASC-nin Mingəçevir şəhər filialında girov qoymasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti