...

İranda hava limanında 48 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 18 Fevral 2014 10:55 (UTC +04:00)
Ötən gün İranın Şiraz şəhər hava limanında Xuzestandan olan iki insan alverçisi və saxta viza ilə Şiraz şəhərinə gəlmiş 48 əcnəbi vətəndaş saxlanılıb.
İranda hava limanında 48 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Cəfərov/

Ötən gün İranın Şiraz şəhər hava limanında Xuzestandan olan iki insan alverçisi və saxta viza ilə Şiraz şəhərinə gəlmiş 48 əcnəbi vətəndaş saxlanılıb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi bu gün xəbər verir.

Məlumata əsasən, saxlanılan əcnəbi vətəndaşların hamısı Banqladeşdəndir.

Onlar Dubaydan Şiraza və oradan Xuzestan əyalətinə gedərək Avropaya getmək niyyətində olublar. İnsan alveri ilə məşğul olan iki xuzestanlı həmin şəxsləri Avropaya qaçaq yollarla aparmaq istəyirmiş.

İki iranlı insan alverçisi barəsində cinayət işi açılıb və 48 Banladeş vətəndaşı isə bu gün Dubaya geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti