Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin İzmir şəhərində yeni kadr dəyişiklikləri 200-dən artıq polisə şamil olunub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Kadr dəyişiklikləri, əsasən, maliyyə cinayətləri və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə idarələrdə həyata keçirilib.
Xatırladaq ki, yanvarda Ankara və İzmirdə kadr yerdəyişmələri 470-dən çox polisə şamil olunmuşdu.
Türkiyədə kadr dəyişikliklərinə ötən ilin dekabrında başlamış antikorrupsiya əməliyyatlarından sonra start verilib.