...

Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək

Cəmiyyət Materials 17 Aprel 2014 11:09 (UTC +04:00)
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 17 aprel 2014-cü il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti