Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanda istirahət günlərində baş verən yol qəzalarında 7 nəfər ölüb, 24-ü isə yaralanıb. Bu barədə Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumata görə, mayın 3-də ölkənin avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
Mayın 4-sə Azərbaycanda 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər yaralanıb.