...

Qaradağda möhtəşəm bayram konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2014 16:40 (UTC +04:00)
Mayın 5-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə və Gül bayramına həsr olunmuş konsert keçirilib.
Qaradağda möhtəşəm bayram konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Mayın 5-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə və Gül bayramına həsr olunmuş konsert keçirilib.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə ulu öndərin həyatından bəhs edən film nümayiş olunub.

Daha sonra konsert proqramı respublikamızın tanınmış müğənnilərinin rəngarəng ifaları ilə davam edərək əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.

Tədbir zamanı ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışılıb.

Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti