...

Dəmiryolçular ulu öndərin 91 illiyinə həsr olunmuş tədbir keçiriblər (FOTO)

Cəmiyyət Materials 7 May 2014 15:28 (UTC +04:00)
Ölkənin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində keçirilən tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəmiryolçular ulu öndərin 91 illiyinə həsr olunmuş tədbir keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ölkənin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində keçirilən tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

QSC-nin mətbuat xidmətindən Təntənəli yığıncağı giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov bildirib ki, bu günlərdə Azərbaycanda və Azərbaycan həqiqətlərinin tanındığı hər yerdə, azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə bağlı tədbirlər keçirilir: "Bu da təsadüfi deyil. Bir anlığa iyirminci əsrin 90-cı illərinə qısa ekskursiya edək. Onda ölkə idarəolunmaz bir həddə çatmış, bütün sütunlar laxlamışdı. O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətləri tamam pozulmuşdu. Ölkəmiz bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Bunun səbəbi aydın idi. Siyasi səriştəsi olmayan insanlar ölkəni özlərinin maraq poliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 21 noyabr 1992-ci ildə partiyanın təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsini hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik".

Ulu öndərin 15 iyun 1993-cü ildə yenidən ölkənin siyasi rəhbərliyinə qayıtması ilə xaosun qarşısı alındı. Siyasi kurs müəyyən olundu, iqtisadi əlaqələr genişləndi, mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımlar atıldı, ölkənin həyatında yeni bir ab-hava yarandı. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin o tarixi qayıdışı nəticəsində Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsindən, hansısa dövlətlərin müstəmləkəsinə çevrilməkdən qurtuldu.

Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olana kimi ümummilli liderimiz gecəli-gündüzlü çalışdı. Həm ölkəmiz dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı ilə qoyulmuşdu.

1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14 300 texniki yeniləşmə metodları tətbiq edildi və bunlar dəmir yolunun bütün sahələrini əhatə etdi.

Ulu öndərin uğurlu siyasi xətti ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab Prezident 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncam dəmir yolunun inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb.

Sonra dəmiryolçulardan Xalid Səfərəliyev, Teymur Məmmədov, Gülnaz Əliyeva, Əlövsət Allahverdiyev, Ziya Zakiroğlu və Jalə Əfəndiyeva çıxış edərək dünya siyasi arenasında Heydər Əliyevin yeri, onun uğurlu siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin Azərbaycanın haqq səsinin dünyaya yayılması istiqamətində gördüyü böyük işlərdən, növbəti prezident seçkilərində bu siyasi kursu dəstəkləməyin vacibliyindən söhbət açmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti