...

Day.az 2014-cü il futbol üzrə dünya çempionatına həsr olunmuş yeni bölmə təqdim edir!

Cəmiyyət Materials 22 May 2014 09:59 (UTC +04:00)
Day.az bu gündən Accessbank, Bakcell və Sirena Motors-un sponsor dəstəyi ilə Sizə futbol üzrə dünya çempionatına həsr olunmuş layihə təqdim edir.
Day.az 2014-cü il futbol üzrə dünya çempionatına həsr olunmuş yeni bölmə təqdim edir!

Azərbaycan, Bakı, 22 may /Trend/

Day.az bu gündən Accessbank, Bakcell və Sirena Motors-un sponsor dəstəyi ilə Sizə futbol üzrə dünya çempionatına həsr olunmuş layihə təqdim edir.

Dünya kubokunun beşqat sahiblərinin ölkəsində keçirilən dünya çempionatı bizə çox maraqlı oyunlar və sözlə ifadə edilə bilməyən təəssüratlar vəd edir.

Məlum olduğu kimi, dörd ildə bir dəfə keçirilən mundial bütün planetin yüz milyonlarla futbol azarkeşləri üçün əsl bayrama çevrilir. Biz də istisna deyilik!

Məhz buna görə Day.az komandası Sizi "DÇ-2014" layihəsi çərçivəsində çempionatın gündəlik oyunlarının nəticələri, yarış bölgüsü, elanlar, gözlənilməz dəyişikliklər və matçların analizi, hər cür müsahibə və beşqat dünya çempionları ölkəsində bu və ya digər dərəcədə yarışla bağlı olan hər şeylə tanış etməyi qərara alıb.

Layihə ilə http://football.day.az/ istinadında tanış olmaq olar.

Lakin bu hələ hamısı deyil!

Çempionatın ilk günündən - iyunun 12-dən Day.az portalı DNS Computers şirkəti ilə birgə müsabiqəyə də start verir.

Müsabiqənin məqsədi aşağıdakılardan ibarətdir:

Hər matçdan əvvəl "e-mail" sahibləri Day.az portalında onun nəticəsini proqnozlaşdırmaq fürsəti əldə edirlər. Əgər hesab tapılarsa, oyunçu ballar qazanacaq.

Bütün nəticələri düzgün proqnozlaşdırılmış matçların balları cəmlənəcək. Ən çox bal yığmış üç oyunçu qalib elan ediləcək və DNS Computers-dən xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.

Bizim yeni layihəmizin daimi oxucusu olun, oynayın və hədiyyələr qazanın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti