...

Rauf Zeyni: QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Planının təsdiqi ilə bir çox problemlər həllini tapacaq (FOTO)

Cəmiyyət Materials 11 İyun 2014 11:37 (UTC +04:00)
"İnanırıq ki, ölkə Prezidenti tərəfindən QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Planı təsdiq ediləndən sonra ölkədə fəaliyyət göstərən QHT-lərin daimi ofisinin olması da daxil olmaqla bir çox problemlər, o cümlədən Azərbaycanda "QHT Evi"nin yaradılması problemi də öz həllini tapacaq".
Rauf Zeyni: QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Planının təsdiqi ilə bir çox problemlər həllini tapacaq (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

"İnanırıq ki, ölkə Prezidenti tərəfindən QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Planı təsdiq ediləndən sonra ölkədə fəaliyyət göstərən QHT-lərin daimi ofisinin olması da daxil olmaqla bir çox problemlər, o cümlədən Azərbaycanda "QHT Evi"nin yaradılması problemi də öz həllini tapacaq". Trend xəbər verir ki, bunu Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Forumun yaranmasının 15 illik yubileyi münasibətilə jurnalistlərlə keçirilən görüşdə bildirib.

R.Zeyni qeyd edib ki, Azərbaycan 1997-ci ildə BMT ilə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar memorandum imzaladıqdan sonra 1999-cu ilin iyunun 11-də Azərbaycan Milli QHT Forumunun yaradılıb.

Onun sözlərinə görə, MQF-nin 95 QHT-nin təsisi ilə yaranması və bu illər ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində xidmət göstərməsi ölkəmizin ictimai tarixinə yeni səhifələr yazıb və Forum QHT hərəkatının avanqardı olaraq ölkəmizdə üçüncü sektorun inkişafına öz layiqli töhvələrini verib: "Bu gün Azərbaycanda və dünyada, QHT hərəkatında, həmçinin vətəndaş cəmiyyətində öz nüfuzu, dəsti-xətti və tarixi xidmətləri olan Milli QHT-nin 15 yaşı tamam olur. Bu münasibətlə MQF-nin yaranmasında, formalaşmasında və inkişafında xidməti olan bütün dövlət, ictimai və KİV nümayəndələrini, bütövlükdə vətəndaş cəmiyyətini Milli QHT Forumu və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm. Dövlətimizin inkişafı və xalqımızın rifahı, həmçinin vətəndaş cəmiyyətinin yüksəlişi, azad, demokratik və bütöv Azərbaycan naminə MQF və vətəndaş cəmiyyəti üzvlərinə, o cümlədən ölkə ictimayətinə və xalqımıza, dövlətimizə və millətimizə uğurlu gələcək və qələbələr arzulayırıq".

Bununla yanaşı MQF-nin prezidenti təəssüflə qeyd edib ki, 15 il keçməsinə baxmayaraq, Forumun hələ də daimi ofisi yoxdur. Amma il ərzində bu problemin də dövlət səviyyəsində həll edilməsi mümkündür.

R.Zeyni bildirib ki, vaxtilə 95 təşkilatla təsis olunan MQF-nin hazırda 635 üzvü var: "Sevinirik ki, bu illər ərzində Azərbaycanın ümumi inkişafı ilə yanaşı cəmiyyətin, qeyri-hökumət təşkilatları sektorunun inkişafında da müəyyən pay sahibi ola bilmişik. Biz bundan sonra da yeni potensialla Forumu zirvələrə doğru aparacağıq".

O, həmçinin əlavə edib ki, Forumun 15 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Bununla əlaqədar bir sıra imtiyazlar paketi hazırlanır. İlk belə güzəştli paket paytaxtın özəl hotellərindən biri ilə birlikdə elə tədbirdəcə jurnalistlərə təqdim olunub.

Yaxın gələcəkdə jurnalistlərə tibbi müayinə, eləcə də ticarət obyektlərində alış-verişlə bağlı güzəştli paketlərin də təqdim olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti