Azərbaycan, Bakı, 25 avqust /Trend/
Bakının Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.