...

Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir

Cəmiyyət Materials 14 Oktyabr 2014 14:45 (UTC +04:00)
Rusiyanın "Vektor" Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi maliyyə vəsaiti olacağı təqdirdə İİV-QİÇS-ə qarşı vaksinlərin sınaqdan keçirilməsi üzrə ikinci mərhələni reallaşdırmağa hazırdır.
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir

Azərbaycan, Bakı, 14 oktyabr/Trend/

Rusiyanın "Vektor" Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi maliyyə vəsaiti olacağı təqdirdə İİV-QİÇS-ə qarşı vaksinlərin sınaqdan keçirilməsi üzrə ikinci mərhələni reallaşdırmağa hazırdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı jurnalistlərə mərkəzin baş direktoru Valeri Mixeyev deyib.

Onun sözlərinə görə, "KombiVİÇvak" Rusiyada QİÇS-ə qarşı yeganə vaksindir ki, klinik tədqiqatların ikinci mərhələsinə çatıb: "Təəssüf ki, bunun üçün maliyyə vəsaiti ayrılmayıb. Lazımi maliyyə vəsaiti ayrılacağı təqdirdə sınaqlar 1,5-2 il ərzində başa çata bilər".

İkinci mərhələnin maliyyələşdirilməsinə 200-300 milyon rubl tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti