...

Silahlarını satan polislər

Cəmiyyət Materials 3 Noyabr 2014 15:57 (UTC +04:00)
Əfqanıstanda polislər bir neçə aydır maaş almadıqlarına görə silah-sursatlarını və xidməti geyimlərini yerli sakinlərə və "Taliban" hərəkatına satmağa başlayıblar.
Silahlarını satan polislər

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Əfqanıstanda polislər bir neçə aydır maaş almadıqlarına görə silah-sursatlarını və xidməti geyimlərini yerli sakinlərə və "Taliban" hərəkatına satmağa başlayıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bununla belə, Əfqanıstan Daxili İşlər Nazirliyi bu barədə yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, asayiş keşikçiləri oktyabrın sonunda Kabulda keçirdikləri kütləvi nümayişdə maaşlarının verilməyəcəyi təqdirdə taliblərin tərəfinə keçəcəkləri barədə xəbərdarlıq etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti