...

Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaq

Cəmiyyət Materials 4 Noyabr 2014 14:54 (UTC +04:00)
Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsi üzrə qəbul imtahanının keçirilməsi çətinləşdiriləcək, imtahanın keçirilmə mərhələləri artırılacaq.
Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsi üzrə qəbul imtahanının keçirilməsi çətinləşdiriləcək, imtahanın keçirilmə mərhələləri artırılacaq.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. İlk mərhələdə test imtahanları əsas fənləri, ikinci mərhələdə isə ixtisas fənlərini əhatə edir. Gələcəkdə isə imtahanların üçüncü mərhələsinin - simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.

Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilməsinə 2011-ci ildən başlanılıb. Həmin il rezidentura səviyyəsində 37 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlığına başlanılıb. 2011-ci ildə imtahanlarda iştirak etmiş 1063 namizədin 819-u həmin ilin məzunu olub. 2014-cü ildə isə imtahanda iştirak etmiş 1414 namizədin 666-sı bu ilin məzunları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti