...

Bölgələrdə FASA proqramının zona ailəvi idman yarışları keçirilib

Cəmiyyət Materials 18 Noyabr 2014 20:52 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində Mingəçevir və Qax Olimpiya İdman komplekslərində zona ailəvi idman yarışlarının təsnifat mərhələsi keçirilib.
Bölgələrdə FASA proqramının zona ailəvi idman yarışları keçirilib

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm" (FASA) proqramı çərçivəsində Mingəçevir və Qax Olimpiya İdman komplekslərində zona ailəvi idman yarışlarının təsnifat mərhələsi keçirilib.

Fəal və sağlam həyat tərzi daha xoşbəxt yaşamağa gətirib çıxarır və bu, bütün cəmiyyətin xeyir götürə biləcəyi bir şeydir. "Coca-Cola" şirkətinin prioritet istiqamətlərindən biri insanları, onların ailələrini və icmaları fəal və sağlam həyat tərzinə təşviq etməklə, dayanıqlı cəmiyyətlərin yaratmasıdır. Məhz bu səbəbdən "Coca-Cola" hər bir ölkədə insanları FASA kimi fiziki proqramlarda iştirak etməyə cəlb edir, o baxımdan ki, biznes yalnız dayanıqlı cəmiyyətlərdə dayanıqlı ola bilər.

Müxtəlif idmanyönümlü şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışlara hər iki bölgənin 17 rayondan 51 nəfərdən ibarət ailə qatılıb. Ümumilikdə yarışlara 700 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.

Ailəvi idman təsnifat yarışlarının hər iki mərhələsində MOK-un məsul əməkdaşları, rayon İcra Hakimiyyəti başçılarının müavinləri, rayon gənclər və idman idarələri, həmçinin təhsil şöbələrinin rəisləri, müxtəlif idman federasiyaları, cəmiyyət və klubların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Yarışları giriş sözü ilə açan MOK-un məsul əməkdaşı, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev Olimpiya hərəkatından, FASA proqramın tarixçəsindən və bu kimi sosialyönümlü idman proqramlarının ölkədə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə olan təsirindən danışıb.

Çıxışının sonunda V. Əliyev xüsusi ictimai əhəmiyyətə malik belə bir tədbirlərin təşkilində göstərdikləri dəstəyə və köməyə görə yerli hökumət orqanları, olimpiya idman komplekslərinin rəhbərliyi və kollektivlərinə dərin təşəkkürünü bildirib.

Rəsmi çıxışlardan sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Tədbirə dəstək üçün qatılan gənc müğənni və rəqqasların çıxışı yarış həyəcanını bir qədər də artırmış oldu. Zona təsnifat yarışının Mingəçevir bölgəsi üzrə qalibi Şəmkir komandası olub, ikinci yerdə Yevlax, üçüncü yerdə isə Gəncə komandası qərarlaşıb. Qax bölgəsi üzrə qaliblər müvafiq olaraq İsmayıllı, Zaqatala və Qəbələdən olub.

Yarışın qalibləri tədbirin sonunda MOK və "Coca-Cola" şirkətinin qiymətli hədiyyələri, həmçinin diplomları ilə mükafatlandırılıb. Növbəti mərhələdə qalib ailələr 20 dekabr 2014-cü il tarixində Bakıda keçiriləcək Final Turnirdə güclərini yenidən sınayacaqlar.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com və ya "Twitter" www.twitter.com/CocaColaCo, www.coca-colablog.com səhifəsində "Coca-Cola Unbottled" bloqunda və "LinkedIn"də www.linkedin.com/company/the-coca-cola-company izləyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti