...

Azərbaycan geoloji xidmətlər göstərmək üçün "Google"un analitik məlumatlarından istifadə edəcək

Cəmiyyət Materials 7 Dekabr 2014 10:00 (UTC +04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi geoloji xidmətlər göstərmək üçün "Google"un analitik məlumatlarından istifadə edəcək.
Azərbaycan geoloji xidmətlər göstərmək üçün "Google"un analitik məlumatlarından istifadə edəcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi geoloji xidmətlər göstərmək üçün "Google"un analitik məlumatlarından istifadə edəcək. Bunu Trend-ə Dövlət Komitəsinin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev deyib.

Onun sözlərinə əsasən, "Google"un sifarişi əsasında dünyanın ən iri konsaltinq şirkətlərindən birinin apardığı araşdırma xüsusi önəm kəsb edir və Dövlət Komitəsi onu geoloji xidmətlərin iqtisadi əsaslandırılması üçün istifadə edəcək.

Gələcəkdə Azərbaycanın "AzerSky" (SPOT-7) aşağıorbitli peyk resursunun istifadə edilməsi məsələsinə gəlincə, C. Abdullayev qeyd edib ki, bu məsələyə Dövlət Komitəsinin baxış bucağından baxıla bilər: "Söhbət Yerin zondlanması peykindən gedir. Əgər peykin təsvirləri apardığımız işə uyğun olarsa, şübhəsiz ki, peykimizin resurslarından istifadə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti