Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Bakının Pirallahı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə körpələr evi-uşaq bağçası tikilir.
Trend Fondun saytına istinadən məlumat verir ki, körpələr evi-uşaq bağçası 140 və 100 yerlik olacaq.
Yeni körpələr evi-uşaq bağçasının inşasında məqsəd 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatının ödənilməsidir.