...

Azərbaycanda İİV-dən ölənlərin sayı 700-ə yaxınlaşır

Cəmiyyət Materials 13 Yanvar 2015 14:56 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanda 604 nəfər IIV infeksiyasına yoluxub.
Azərbaycanda İİV-dən ölənlərin sayı 700-ə yaxınlaşır

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən il ərzində Azərbaycanda 604 nəfər IIV infeksiyasına yoluxub.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2015-ci il yanvarın 1-dək 4902 nəfər İİV-ə yoluxan xəstə qeydiyyata alınıb.

Hazırda ölkədəki xəstələrin 1519-u QİÇS mərhələsindədir. Onlardan 1495-i Azərbaycan vətəndaşıdır.

İndiyədək Azərbaycanda İİV infeksiyasından 681 nəfər dünyasını dəyişib. Onların 10-u əcnəbi vətəndaş olub.

Ötən illər ərzində İİV-ə yoluxmalar ən çox inyeksion yolla olub. Bu infeksiyaya yoluxmalar 1736 nəfərdə (35,4%) heteroseksual, 63 nəfərdə (1,3%) homoseksual yol, 2635 nəfərdə (53,8%) inyeksion yolla, 83 nəfərdə (1,7%) anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 384-də (7,8%) yoluxma yolu müəyyən olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti