...

Azərbaycanda qanunsuz ov edənlərin aqibəti

Cəmiyyət Materials 15 Yanvar 2015 15:39 (UTC +04:00)
Azərbaycanda qanunsuz ov edənlər 8000 manat məbləğində cərimələndilər.
Azərbaycanda qanunsuz ov edənlərin aqibəti

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda qanunsuz ov edənlər 8000 manat məbləğində cərimələndilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanunsuz ov hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı Şəki rayonu, Biləcik kəndi ərazisində ovla məşğul olan Abbas kənd sakini Hacıalı Yusubov saxlanılaraq ondan 1 ov tüfəngi və 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zaqatala rayonu, Kəpənəkçi kəndi ərazisində keçirilmiş reyd zamanı kənd sakinləri Mənsur Zurabov və Mayıl Qəribov saxlanılıb, onlardan 2 ov tüfəngi və 10 patron götürülüb. Təqsirkar şəxslərin hər biri 1000 manat cərimələnib.

Yevlax rayonu, Piriuşağı kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən kənd sakini Ayaz Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi və 10 patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Bərdə rayonu, Qılınclı kəndi ərazisində ovla məşğul olan İsmayıllı rayon, Qoşakənd kənd sakini Vidadi Əliyev və Bakı şəhər sakini Vüqar Əhmədov saxlanılaraq onlardan 3 ov tüfəngi və 30 patron götürülüb. Qanun pozucularının hər biri 2000 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti