...

Azərbaycanda güzəştli şərtlərlə nə qədər kompüter əldə olunub?

Cəmiyyət Materials 3 Mart 2015 19:34 (UTC +04:00)
Ölkəmizdə informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri olan “Xalq kompüteri” layihəsi bu il də davam etdirilir.
Azərbaycanda güzəştli şərtlərlə nə qədər kompüter əldə olunub?

Azərbaycan, Bakı, 3 mart /Trend/

Ölkəmizdə informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri olan "Xalq kompüteri" layihəsi bu il də davam etdirilir. Artıq layihə çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25300-ə çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, "Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

"Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir, təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti