...

Səhiyyə Nazirliyi 7 məktəb bufetinin fəaliyyətini dayandırdı

Cəmiyyət Materials 1 Aprel 2015 16:22 (UTC +04:00)
Səhiyyə Nazirliyi şagirdlərin sağlamlığını təhlükə altında qoyan 7 məktəb bufetinin fəaliyyətini dayandırıb, 10 məktəb bufetinin işçisi isə cərimələnib.
Səhiyyə Nazirliyi 7 məktəb bufetinin fəaliyyətini dayandırdı

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi şagirdlərin sağlamlığını təhlükə altında qoyan 7 məktəb bufetinin fəaliyyətini dayandırıb, 10 məktəb bufetinin işçisi isə cərimələnib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, son vaxtlarda şagirdlərin qidalanmasında yol verdikləri nöqsanlara görə Binəqədi rayonu 30, 83, 99, 143, 205, 248 nömrəli, Sabunçu rayonu 80 nömrəli məktəblərin bufetlərinin fəaliyyəti dayandırılıb.

Bakının Qaradağ rayonu 101, 127, 223, 288, 294, 321 nömrəli, Sabunçu rayonu 169 nömrəli, Suraxanı rayonu 275 nömrəli, Səbail rayonu 162 və 190 nömrəli məktəblərin bufet işçiləri isə cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti