...

Brüsseldə Bakı-2015 Avropa Oyunlarının təqdimatı olacaq

Cəmiyyət Materials 14 Aprel 2015 15:23 (UTC +04:00)
Bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı-2015 Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.
Brüsseldə Bakı-2015 Avropa Oyunlarının təqdimatı olacaq

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bu gün Belçikanın paytaxtı Brüsseldə Bakı-2015 Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yola düşüb.

Brüsselin "Egmont" Sarayında baş tutacaq qala-gecədə A.Rəhimovun, Beynəlxalq Olimpiya Komitəsinin eks-prezidenti Jak Roq, Belçika Olimpiya Komitəsinin prezidenti Pyer-Olivye Bekers və Avropa Parlamentinin vitse-prezidentinin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı videoçarx və fotosərgi nümayiş olunacaq.

Səfərin ikinci günü, aprelin 15-də isə Bakı-2015 Avropa Oyunlarının təqdimat mərasimi Avropa Parlamentində gerçəkləşəcək.

Mərasimdə nazir A.Rəhimov, Avropa Parlamentinin üzvləri İlham Kyuçyuk, Mark Tarabella, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin bir sıra üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər. "Dəyirmi masa" ətrafında keçiriləcək təqdimat mərasimidə Bakı-2015 Avropa Oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti