...

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru "Giltex" fabrikində olub (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2015 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq aprelin 13-də "Gilan" Tekstil Parkının ticarət nişanı olan "Giltex" fabrikində olub.

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Sumqayıtda yerli istehsal şəraiti ilə tanış olan BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru "Gilan" Tekstil Parkının rəhbərliyi ilə söhbət zamanı əməkdaşlıq məsələlərini müzakirə edib. Qeyd edək ki, yüksək keyfiyyətli yerli məhsullar istehsal etməyə qadir olduğu üçün bu fabrik Bakı 2015 Avropa Oyunlarının vahid geyim təchizatçısı seçilib.

950 işçisi olan "Giltex" BAOƏK-in uniformalarını hazırlayan müəssisədir. 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlamış şirkət "Gilan" Tekstil Parkının ticarət nişanıdır. Qeyd edək ki, "Gilan" Tekstil Parkı yüksək keyfiyyətli Azərbaycan pambığından xammal kimi istifadə etməklə, Avropa keyfiyyətinə və istehsal standartlarına cavab verən məhsullar istehsal edir. Şirkətin toxuculuq, boyaq və tikiş fabrikləri də var. Burada hazırlanan məhsullara yataq otağı örtükləri, geyim, pərdə, trikotaj parçası, ipliklər, corablar, dəsmallar, yataq ləvazimatları və hərbi uniformalar daxildir.

Fabrik istehsal prosesində heç bir kimyəvi məhsullardan istifadə olunmadığını bildirir. Qeyd edək ki, bütün uniformalar yerli pambıqdan hazıranır və yalnız düymələri Türkiyədən sifariş edilir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Birinci Avropa Oyunları Azərbaycan iqtisadiyyatına müsbət edəcək. Ölkənin yeni şirkətlərindən olan "Giltex" yüksək keyfiyyətli məhsullar istehsal edir. Sumqayıtda şirkətin gözəl şəraiti var. BAOƏK-nin xidmət heyəti, 18,000 könüllü və digər sahələrdə çalışacaq əməkdaşlar üçün uniforma və geyimlər məhz bu müəssisədə hazırlanacaq.

BAOƏK üçün bu fabrikdə, ümumilikdə 110 min ədəd olmaqla, 7 növdə uniforma istehsal olunacaq. Bu geyimlərə həm kişi, həm də qadın işçi qüvvəsi, eləcə də, texniki rəsmi heyət üçün müxtəlif çeşidli polo yaxalı köynəklər və mərasim iştirakçıları üçün qısaqol köynəklər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti