...

Bakı-2015 Avropa Oyunları sosial miras proqramını təqdim edir

Cəmiyyət Materials 17 Aprel 2015 20:18 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları rəsmi partnyor "Coca-Cola" ilə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi arasında Bakı-2015 Avropa Oyunlarının mirası kimi fəal və sağlam yaşamı önə çəkən Anlaşma Memorandumunun imzalanmasını alqışlayıb.
Bakı-2015 Avropa Oyunları sosial miras proqramını təqdim edir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bakı-2015 Avropa Oyunları rəsmi partnyor "Coca-Cola" ilə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi arasında Bakı-2015 Avropa Oyunlarının mirası kimi fəal və sağlam yaşamı önə çəkən Anlaşma Memorandumunun imzalanmasını alqışlayıb.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, "Fəal Ailə, Sağlam Aləm" (Azərbaycanca FASA) proqramının məqsədi Azərbaycan əhalisinin mütəmadi fiziki fəaliyyətlərə cəlb olunmasını təmin etməkdir.

Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının buraxacağı sosial mirasın əhəmiyyətindən danışaraq vurğulayıb: "Avropa Oyunlarının ölkəmizin inkişafının göstəricisi olmasına baxmayaraq, bu Oyunların bizim insanların, xüsusən də ailələrin idman etməyə və fəal həyat tərzi keçirməyə həvəsləndirilməsində güclü ruhlandırıcı təsirini qeyd etmək vacıb məsələdir. Mən inanıram ki, Avropa Oyunlarının sosial mirası kimi bir çox insanlar fəal həyat tərzinə cəlb olunacaq və mən FASA Proqramını dəstəklədiklərinə görə Coca-Cola və partnyorlara təşəkkürümü bildirmək istəyirəm".

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "Avropa Oyunlarının açılış formatı həmişə Azərbaycan əhalisinə daimi miras qoymaq üçün layihələndirilib və bu vizion sağlam yaşamı önə çəkmək olub. Biz sevinirik ki, bizim dəyərli rəsmi partnyorlardan biri olan Coca-Cola şirkəti yerli ailələri fəal həyat tərzinə keçməyə ruhlandırmaqla həmin mirası dəstəkləmək üçün FASA proqramına qoşulub".

"Coca-Cola Azərbaycan" şirkətinin baş direktoru Cem Becel cəmiyyətin rifahı üçün fəal yaşamın əhəmiyyətini vurğulayaraq bildirib: "Biz Coca-Cola şirkəti olaraq, inanırıq ki, fəal və sağlam yaşam daha xoşbəxt və sağlam həyata gətirib çıxarır ki, bu da insanların ümumi rifahına xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti