...

Heydər Əliyev prospekti artıq sürücülərin üzünə açıqdır (FOTO,VİDEO)

Cəmiyyət Materials 21 Aprel 2015 09:46 (UTC +04:00)
Heydər Əliyev prospektinin əsas hissəsində gecə saat 2 radələrinə qədər işçi qüvvəsi və texnika səfərbər olunaraq son tamamlanma işləri başa çatdırılıb.
Heydər Əliyev prospekti artıq sürücülərin üzünə açıqdır (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Heydər Əliyev prospekti artıq sürücülərin üzünə açıqdır.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektinin əsas hissəsində gecə saat 2 radələrinə qədər işçi qüvvəsi və texnika səfərbər olunaraq son tamamlanma işləri başa çatdırılıb.

Təmir və abadlıq işləri həyata keçirilən əsas yolun istər gediş, istərsə də gəliş hissəsində bu gün səhər saatlarından nəqliyyatın hərəkəti təmin olunub. Artıq nəqliyyat vasitələri fasiləsiz və maneəsiz hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti