...

Mübariz Qurbanlı: Azərbaycanda dini baxımdan sabitlik mövcuddur

Cəmiyyət Materials 7 May 2015 14:49 (UTC +04:00)
Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də qarşıdan gələn I Avropa Oyunları ilə əlaqədar dini baxımdan hansısa bir qrupun, cərəyanın bu Oyunlara xələl gətirmə ehtimalı sıfıra bərabərdir.
Mübariz Qurbanlı: Azərbaycanda dini baxımdan sabitlik mövcuddur

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də qarşıdan gələn I Avropa Oyunları ilə əlaqədar dini baxımdan hansısa bir qrupun, cərəyanın bu Oyunlara xələl gətirmə ehtimalı sıfıra bərabərdir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə bildirib.

Komitə sədri qeyd edib ki, bununla bağlı görülən işlər, hüquq-mühafizə orqanlarının apardığı tədbirlər ölkədə bu sahədə sabitliyin tam şəkildə bərqərar olmasına gətirib çıxarıb: "Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri olsa da, bu, ictimai siyasətə təsir etmək imkanında deyil".

M.Qurbanlı bildirib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bizim üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var: "I Avropa Oyunlarının məhz ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Eyni zamanda, bizi istəməyən, bizə qarşı olan hansısa bir qruplara, bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji baxımdan da əhəmiyyət kəsb edən bir cavabdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti