Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrin şəxsi heyətinin nizami yürüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da saat 10:00-dan 14:00-dək Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək.