...

FASA yarışlarının qalibləri Bakı-2015 məşəlinin yürüşündə iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 25 May 2015 16:20 (UTC +04:00)
“Coca-Cola” şirkəti “Bakı 2015” 1-ci Avropa Oyunlarına hazırlıq çərçivəsində Azərbaycanda sosial yönümlü aktiv fəaliyyətinin genişləndirməsini davam etdirir.
FASA yarışlarının qalibləri Bakı-2015 məşəlinin yürüşündə iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

"Coca-Cola" şirkəti "Bakı 2015" 1-ci Avropa Oyunlarına hazırlıq çərçivəsində Azərbaycanda sosial yönümlü aktiv fəaliyyətinin genişləndirməsini davam etdirir.

"Bakı 2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq "Coca-Cola" şirkəti Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün Oyunların irsinin qurulması və qorunub saxlanmasını hədəf olaraq seçib. Şirkət "Bakı 2015" təcrübəsini gələcəkdə də insanların bədən tərbiyəsi və idmanla məşğul olmağının təşviqində istifadəsini labüd hesab edir.

Artıq ardıcıl olaraq üçüncü ildir ki, "Coca-Cola" şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ailələr arasında fəal və sağlam həyat tərzini təbliğ edən FASA ("Fəal ailəm - sağlam aləm") proqramını planlı şəkildə inkişaf etdirir. Layihə çərçivəsində oyunlarda Bakı və Azərbaycanın digər regionlarını təmsil edən 30 mindən çox insan iştirak edib. İnsanlarda idman və fəal həyat tərzinə sevgi hələ uşaq yaşlarından aşılanmalıdır. Eyni zamanda, şirkət tərəfindən həyata keçirilən sorğuların nəticəsi göstərir ki, hər bir uşaq üçün başlıca nümunə obyekti onun valideynləridir. Məhz buna görə fəal və sağlam ruhun inkişaf etdirilməsinin ilkin olaraq ailə səviyyəsində həyata keçirilməsi vacibdir. FASA proqramı bu təşəbbüsü parlaq şəkildə təcəssüm etdirir.

"Sağlam həyat tərzinin təşviqi istiqamətində "Coca-Cola" şirkəti MOK ilə 1996-cı ildən etibarən əməkdaşlıq edir. Bu müddət ərzində 12 müxtəlif uzunmüddətli və qısamüddətli layihələr həyata keçirilib ki, bunların sırasında FASA xüsusi bir yer tutur. Biz çox şadıq ki, 5 il üçün nəzərdə tutulmuş bu layihə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir və bu da proqramın uğurundan xəbər verir. Mən əminəm ki, proqramın reallaşdırılması insanları fəal həyat tərzinə daha çox diqqət ayırmağa sövq edəcək", - deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb.

"Bədən tərbiyəsi və idmanla mütəmadi məşğulolma insan sağlamlığını möhkəmləndirir. Fəal və sağlam həyat tərzi cəmiyyətin uğurlu inkişafını şərtləndirən başlıca tərkib hissələrindən biridir. Bu səbəbdən "Coca-Cola" şirkəti 1928-ci ildən günümüzədək Olimpiya hərəkatını, o cümlədən şirkətin təmsil olunduğu bütün ölkələrdə insanların idmana və fəal həyat tərzinə cəlb olunmasına yönəlmiş müxtəlif proqramları dəstəkləyir. MOK ilə birgə başlanılan FASA proqramı artıq ölkənin 40 şəhər və rayonunu əhatə edərək 30 mindən çox insanı fiziki fəallığa cəlb edib. Biz bunu böyük uğur hesab edirik və FASA-nın inkişafı ilə bağlı işləri davam etdirəcəyik", - deyə "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel bildirib.

Layihənin qalibi olmuş ailələr və fəal iştirakçıların "Bakı 2015" 1-ci Avropa Oyunlarının məşəlçisi olmaq fürsəti əldə etmələri FASA tarixində ən əlamətdar hadisədir. Sabirabadda FASA 2014-ün qalibi olmuş Qusarı təmsil edən Əzimovlar ailəsinin başçısı İlham artıq bu şərəfli vəzifəni icra edib. O, öz yürüşünün sonunda Avropa Oyunlarının məşəlini tanınmış teleaparıcı, "Bakı 2015"in səfiri İlkin Həsəniyə ötürüb. Növbəti olaraq 14 may tarixində məşəli Naftalanda Bayramovlar ailəsinin üzvü Lətif daşıyıb. Bu ailə 2014-2015-ci illərdə baş tutmuş bütün FASA yarışlarında fəal olaraq iştirak etmiş ailələrdən biridir.

FASA proqramının builki mühüm yeniliklərindən biri Bakıda ilk dəfə keçirilən və "İctimai Televiziya" vasitəsilə yayımlanan televiziya yarışmasıdır. Burada ilkin seçimlərdən uğurla keçmiş Azərbaycanın 10 regionunu təmsil edən 16 ailə iştirak edir. Əsas hədiyyə avtomobildir. Bu il FASA televiziya yarışmasının qalibi Sumqayıtı təmsil edən Qasımovlar ailəsi olub.

FASA ailəvi televiziya yarışının builki qonaqlarından biri tanınmış aktyor, Avropa Oyunlarının səfiri Bəhram Bağırzadə olub. Öz ailəcanlılığı ilə tanınan Bəhram təşəbbüsü yüksək qiymətləndirmiş və sağlam cəmiyyətin inkişafındakı əhəmiyyətini vurğulayıb.

"Mən çox şadam ki, Azərbaycanda bir çox ailələri əhatə edən, onları fəal və sağlam həyat tərzinə cəlb edən FASA proqramı həyata keçirilir. Bu cür layihələr millətin ruhunu möhkəmləndirməklə yanaşı, bizi insanların fəal şəkildə müxtəlif idman oyunlarında iştirak etdikləri keçmiş illərin adətlərinə qaytarır ki, bu da bizi daha sağlam edir və ailəni möhkmləndirirdi", - deyə Bəhram Bağırzadə qeyd edib.

Avropa Oyunları Bakıda 12-28 iyun tarixlərində keçiriləcək. Sözügedən yarışmanın əhatə etdiyi 20 idman növündən 12-si "Rio-2016" Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edərək, 50 ölkədən 6 200 idmançının iştirak edəcəyi Avropanın başlıca multi-idman tədbiridir.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti