Bakıda ilk beynəlxalq FASA turniri keçirilib (FOTO)

Bakıda ilk beynəlxalq FASA turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Fəal ailəm, sağlam aləm" (FASA) proqramı çərçivəsində ADA Universitetində birinci beynəlxalq FASA turniri baş tutub.

Azərbaycanda həyata keçirilən FASA yarışları ilk ailəvi idman turniridir. Ailələri və uşaqları fəal həyat tərzinə cəlb etməyi hədəfləyən FASA ailəvi idman yarışlarına "Coca-Cola", MOK və Təhsil Nazirliyinin dəstəyi ilə 2013-cü ildən start verilib. Bu günədək FASA oyunlarına ölkənin 40 şəhər və bölgəsindən 50 mindən artıq insan cəlb olunub. 2015-ci ildən isə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə FASA proqramı "Bakı 2015" Avropa Oyunlarının sosial idman irsi elan edilmişdir. Bu yaxınlarda isə FASA oyunlarında iştirak etmək üçün xarici ailələr də maraq göstərmiş və Bakıda ilk beynəlxalq FASA ailəvi idman yarışları keçirilmişdir.

Basketbol, voleybol və digər müxtəlif idman yönümlü əyləncəli oyunlardan ibarət yarışları özündə cəmləşdirən turnirdə Azərbaycanın 5 müxtəlif şəhər və rayonunu təmsil edən ailələr, həmçinin İsrail, Belarus və Rusiyadan olan ailələr iştirak edib.

Turnirin açılışına həsr edilmiş tədbirdə iştirak edən "Coca-Cola" şirkətinin Azərbaycan nümayəndəliyinin market-meneceri Qabil Əhmədov proqrama göstərdiyi dəstəyə görə MOK, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirərək "Coca-Cola" üçün fəal və sağlam həyat tərzinin dəstəkləməsinin əhəmiyyətindən danışıb: "Bədən tərbiyəsi və idmanla mütəmadi məşğulolma insan sağlamlığını möhkəmləndirir. Fəal və sağlam həyat tərzi cəmiyyətin uğurlu inkişafını şərtləndirən başlıca amillərdən biridir. Bu səbəbdən "Coca-Cola" şirkəti 1928-ci ildən günümüzədək Olimpiya hərəkatını, o cümlədən şirkətin təmsil olunduğu bütün ölkələrdə insanların idmana və fəal həyat tərzinə cəlb olunmasına yönəlmiş müxtəlif proqramları dəstəkləyir. MOK ilə birgə başladılan FASA proqramı artıq ölkənin 40 şəhər və rayonunu əhatə edərək 50 mindən çox insanı fiziki fəallığa cəlb edib. Biz bunu böyük uğur hesab edirik və FASA-nın inkişafı ilə bağlı işləri davam etdirəcəyik".

Yarışların açılışında çıxış edən MOK-un məsul əməkdaşı, Həsənağa Rzayev bildirib: "FASA layihəsi çərçivəsində bu qədər insanın fəal və sağlam həyat tərzinə cəlb olunması təqdirəlayiq bir haldır. Hər bir cəmiyyətin özülünü ailə təşkil edir. Valideyn və uşaqların müxtəlif əyləncəli, idman yarışlarında birgə iştirakı fiziki sağlamlıq üçün vacib olmaqla yanaşı ailə ruhunun yüksəldilməsinə də şərait yaradır. Bugünkü yarışma layihənin beynəlxalq xarakter alması istiqamətində atılmış mühüm addımdır. Yarışlarda xarici ölkə təmsilçilərinin iştirakı "Bakı 2015" İlk Avropa Oyunları ərəfəsində FASA layihəsinə artmaqda olan marağın əyani sübutudur. MOK olaraq "Coca-Cola" ilə birgə keçirilən, fəal və sağlam həyat tərzinin təbliğinə yönəlmiş FASA layihəsinin bu cür geniş vüsət almasına şadıq".

"Təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsil alanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. FASA proqramı və bu kimi digər sosial idman layihələri təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir. FASA layihəsinin digər bir təqdirəlayiq tərəfi regionlardan olan ailələrin burada fəal şəkildə iştirak etməsidir. Bugünkü Beynəlxalq FASA yarışlarına İsrail, Rusiya və Belarusdan olan ailələrin qoşulması layihənin davamlı inkişafının əyani sübutudur. Təhsil Nazirliyi olaraq FASA-nın uzunmüddətli dövr üçün verəcəyi töhfələri yüksək qiymətləndiririk və layihənin gələcək uğurlarına inanırıq", - tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov qeyd edib.

FASA proqramı ilə bağlı digər bir maraqlı yenilik isə qalib ailələrin və fəal iştirakçıların "Bakı 2015" 1-ci Avropa Oyunlarının məşəlçisi olmaq fürsəti əldə etmələri oldu. Sabirabadda FASA 2014-ün qalibi olmuş Qusarı təmsil edən Əzimovlar ailəsinin başçısı İlham artıq bu şərəfli vəzifəni icra edib. O, öz yürüşünün sonunda Avropa Oyunlarının məşəlini tanınmış teleaparıcı, "Bakı 2015"in səfiri İlkin Həsəniyə ötürüb. Növbəti olaraq 14 may tarixində məşəli Naftalanda Bayramovlar ailəsinin üzvü Lətif daşıyıb. Bu ailə 2014-2015-ci illərdə baş tutmuş bütün FASA yarışlarında fəal olaraq iştirak etmiş ailələrdən biridir.

İlk beynəlxalq FASA turnirinin qalibi İsmayıllını təmsil edən ailə olub. İkinci və üçüncü yerləri isə İsrail və Qusardan olan ailələr tutub. Yarışın qalibləri və iştirakçıları MOK, Təhsil Nazirliyi və "Coca-Cola" tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: http://www.coca-colacompany.com/

Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Loading Bars
Xəbər lenti
Dünyada ötən sutka koronavirusa 567 mindən çox yoluxma qeydə alınıb - ÜST
Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var
Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir - Ərdoğan
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Bütün xəbərlər