...

Azərbaycanda əməliyyatdan sonra ölüm hallarının sayı xeyli azalıb

Cəmiyyət Materials 17 İyun 2015 16:04 (UTC +04:00)
Azərbaycanda cərrahiyyə əməliyyatlarının sayı artsa da, əməliyyatdan sonra ölüm hallarının sayı dəfələrlə azalıb.
Azərbaycanda əməliyyatdan sonra ölüm hallarının sayı xeyli azalıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda cərrahiyyə əməliyyatlarının sayı artsa da, əməliyyatdan sonra ölüm hallarının sayı dəfələrlə azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu bu gün səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən tədbirdə deyib.

Cərrahiyyə sahəsində yalnız kəmiyyətin deyil, həm də keyfiyyətin yüksəldiyini açıqlayan O.Şirəliyev qeyd edib ki, artıq ölkəmizdə əvvəllər ümumiyyətlə edilməyən çox mürəkkəb əməliyyatlar aparılır: "Bununla yanaşı, böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş şəkildə aparılır".

Nazirin sözlərinə görə, bu ildən etibarən tətbiq edilən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir: "Keçən ildən etibarən isə bu mərkəzdə yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatlarına başlanılıb və artıq 16 xəstə belə əməliyyat olunub. Bu ildən tətbiq olunan daha bir addım da talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Bu tədbir həm adıçəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti