...

Gürcüstandakı azərbaycanlı gənclər Tbilisidə daşqından zərər çəkənlərə yardım ediblər (FOTO)

Cəmiyyət Materials 17 İyun 2015 16:14 (UTC +04:00)
Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsi iyunun 15-də Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərər çəkmiş ailələrə yardım məqsədilə kampaniyaya başlayıb.
Gürcüstandakı azərbaycanlı gənclər Tbilisidə daşqından zərər çəkənlərə yardım ediblər (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsi iyunun 15-də Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərər çəkmiş ailələrə yardım məqsədilə kampaniyaya başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində toplanan humanitar yardım - ərzaq, təmizlik, gigiyena və digər məhsullar ehtiyacı olan ailələrə təqdim edilib.

Yardımın təqdim olunması zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər bildirib ki, bu, kampaniyasının başlanğıcıdır, Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən kömək və müəyyən tədbirlərin görülməsi davam etdiriləcək.

Təşkilatın fəalları yerli gənclərə, əhaliyə səslənərək təbii fəalkətdən zərər çəkənlərə yardım kampaniyasına qoşulmağa çağırıb. Bildirilib ki, maddi və ərzaqla yardım etmək istəyənlər AMM-ə və ya yerli icra hakimiyyətində yaradılmış komissiyanın rəhbəri Kamandar İsmayılova müraciət edə bilər. Daşqından zərər çəkən Gürcüstan əhalisi üçün xarici ölkələrdən də yardım qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti