...

Azərbaycanda insanlar daha çox hansı səbəblərdən ölürlər?

Cəmiyyət Materials 22 İyun 2015 14:15 (UTC +04:00)
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yerdədir.
Azərbaycanda insanlar daha çox hansı səbəblərdən ölürlər?

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yerdədir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə Azərbaycanda 55 648 nəfər dünyasını dəyişib. Onların 33 453-ü qan dövranı sistemi xəstəliklərindən, 7 001 nəfəri yenitörəmələrdən, 1 990-ı tənəffüs sistemi xəstəliklərindən, 2 721-i zədələnmə, zəhərlənmə, xarici təsirlərin təsirinin digər nəticələrindən ölüb. Ötən il qan dövranı xəstəliklərindən ölənlərin sayında azalma müşahidə edilsə də, yenitörəmələrdən, tənəffüs sistemi xəstəliklərindən, zədələnmə, zəhərlənmə, xarici təsirlərin təsirinin digər nəticələrindən ölənlərin sayı artıb.

2013-cü ildə Azərbaycanda dünyasını dəyişən 54 383 nəfərin 34 379-u qan dövranı sistemi xəstəliklərindən, 6 383-ü yenitörəmələrdən, 1 529-u tənəffüs sistemi xəstəliklərindən, 2 234-ü zədələnmə, zəhərlənmə, xarici təsirlərin təsirinin digər nəticələrindən ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti