...

"Benni Mini"nin şəhərdaxili sınaq yürüşü (FOTO)

Cəmiyyət Materials 9 İyul 2015 15:13 (UTC +04:00)
Artıq ikinci həftə reallaşan sınaq yürüşündə şəhər sakinləri "Changan" markasının "Benni Mini" modelini sınaqdan keçiriblər.
"Benni Mini"nin şəhərdaxili sınaq yürüşü (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İyulun 7-də "Sirena Motors" şirkəti növbəti şəhərdaxili sınaq yürüşünü təşkil edib.

Artıq ikinci həftə reallaşan sınaq yürüşündə şəhər sakinləri "Changan" markasının "Benni Mini" modelini sınaqdan keçiriblər. 68 nəfər Tofiq Bəhramov adına Respublika stadionunun önündə start götürən sınaq yürüşü zamanı avtomobilin hansı imkanlara malik olduğunun canlı şahidi olub. Sınaq yürüşü zamanı avtomobilin fotosessiyasına hazırlıq məqsədilə bəzi fotolar da çəkilib. Avtomobili isə fotomodel Nura Babayeva daha da canlandırıb.

Qeyd edək ki, avtomobilin mühərrik həcmi 1, yanacaq sərfiyyatı 5.7 litrdir. İstər şəhərdaxili, istərsə də uzaq yollar üçün olduqca qənaətli olan avtomobilin qiyməti 10 100 AZN-dir. "Benni Mini"ni ilkin ödəniş 20% olmaqla, həmçinin 1 illik pulsuz servis xidməti ilə əldə etmək mümkündür.

Ətraflı məlumat üçün 1630 və (050) 303 09 06 nömrələrinə müraciət etmək olar.

Növbəti şəhərdaxili sınaq yürüşü iyulun 14-də saat 11:00-da keçiriləcək. Sınaqda iştirak pulsuzdur. Bu dəfə "GAC GS 5" modeli sınaqdan keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti