...

Azərbaycanda qida borusu ilə bağlı yeni əməliyyat aparıldı

Cəmiyyət Materials 14 İyul 2015 16:20 (UTC +04:00)
Azərbaycanda qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün yeni əməliyyat həyata keçirilib.
Azərbaycanda qida borusu ilə bağlı yeni əməliyyat aparıldı

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün yeni əməliyyat həyata keçirilib. Bu əməliyyat ilk dəfə olaraq, Respublika Diaqnostika Mərkəzinin Şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memiş və intervension radioloq uzmanı Ağakişi Yəhyayev tərəfindən aparılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, xəstədə qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün onun qaraciyərinin portovenoz sistemində klassik TIPS (Transjugular intrahepatic portosystemic shunt) prosedurunun alternativi olan PIPSS (Percutaneous intrahepatic portosystemic shunt) əməliyyatı aparılıb. Bu əməliyyat xəstənin bud venasından iki millimetrlik deşik vasitəsilə açıq cərrahiyyə əməliyyatına ehtiyac duyulmadan gerçəkləşdirilib.

TIPS dərindən keçmə yolu ilə qaraciyər içində portal və sistematik qan damarlarının arasında şunt açılma əməliyyatı deməkdir. Burada qaraciyər və qapı venalarının şaxələri arasında bir iynə vasitəçiliyi ilə əlaqə təmin edilir və beləcə portosistemik bir şunt yaradılmış olur. Bu əməliyyat üçün ümumi anesteziya, yaxud açıq cərrahi əməliyyat lazım olmur.

TIPS-in aparılması üçün iki şərtin olması mütləqdir. Bunlardan biri xəstənin cərrahi şunt üçün uyğun olmaması, digəri isə prospektiv olaraq təsirsiz skleroterapiya şərtinin olmasıdır.

TIPS proseduru zamanı vena və şaxələr içərisində təzyiq artması, qaraciyər xəstəlikləri və ya ekstrahepatik vaskulyar sistem anatomiyasını pozan vəziyyətlər görünür. Xəstəlik zamanı venada artmış təzyiq nəticəsində kollateral dövranda durğunluq meydana gəlir. Bu durğunluq özünü ən təhlukəli forma olan ezofaqoqastrik varikozlar, assit, hipersplenizm və ya ensefalopatiya şəklində göstərir: "Varikoz qanamalar portal hipertenziyanın ən kəskin nəticələrindən biridir. Bu xəstəliyin müalicəsində bir çox metodlar istifadə edilir. Endoskopik skleroterapiya hazırda varikoz qanamaların müalicəsində istifadə edilən standart müalicə yoludur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti