...

Azərbaycanın Vanqası Ginnesin Rekordlar Kitabına düşəcək (FOTO)

Cəmiyyət Materials 16 İyul 2015 15:39 (UTC +04:00)
Mələk xanım və Azərbaycan Vanqası kimi tanınan məşhur öncəgörücü və şəfaverici Nuridə Qurbanovanın adı Ginnesin Rekordlar Kitabına salınacaq.
Azərbaycanın Vanqası Ginnesin Rekordlar Kitabına düşəcək (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Mələk xanım və Azərbaycan Vanqası kimi tanınan məşhur öncəgörücü və şəfaverici Nuridə Qurbanovanın adı Ginnesin Rekordlar Kitabına salınacaq. Bunu Trend-ə Nuridə Qurbanova Fenomeni Mərkəzinin mətbuat xidmətindən deyiblər.

Mərkəzdən bildiriblər ki, N.Qurbanova Rusiya və Ukraynada uzun illər işlədikdən sonra Vətənə qayıdıb və burada öz fəaliyyətini davam etdirəcək: "Hazırda bir neçə layihə üzərində iş gedir - sayt 4 dildə modernləşdirilir, jurnal və kitab buraxılır, Nuridə Qurbanova fenomeni haqqında bədii-sənədli filmin çəkilişləri başlayır. Nuridə Qurbanova Akademiyasının açılması da planlaşdırılır. Akademiyada ekstrasensorika üzrə tədris keçərək sertifikat və diplom almaq mümkün olacaq. Azərbaycanda ilk dəfə insanların qeyri-adi qabiliyyətləri haqqında "Xeyirxah İşıq" kinofestivalı və Beynəlxalq Şəfavericilər və Öngörücülər Konfransı keçiriləcək. Layihə çərçivəsində Nuridə Qurbanova Fenomeni Mərkəzinin BƏƏ və Almaniyada nümayəndəlikləri açılacaq".

N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa şəhərində anadan olub. O, bioenerqoinformatika elementləri ilə ənənəvi sagaltma sistemləri üzrə mütəxəssisdir, insanın fikirlərini onun nəbzi əsasında oxuya bilir, diaqnostika və müalicədə öncəgörmə və kosmobioenergetikadan istifadə edir, ağır cinayətlərin törədilmə yerlərini görmə qabiliyyətinə malikdir. Cadunu, gözdəyməni götürür. Şəxsi həyat və biznes barədə proqnoz verir. İnsanları alkoqolizmdən, narkomaniyadan və digər ağır xəstəliklərdən xilas edir.

N.Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal qabiliyyətləti "ENİOM" Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib.

Məhsuldar fəaliyyəti sayəsində elm dünyasında tanınıb və bir sıra yüksək mükafatlara layiq görülüb. Belə ki, Moskva şəfavericiləri reyestrinə daxil edilən Nuridə Qurbanova "Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya filosofiya elmləri doktoru, enerji informasiya elmləri namizədi, komplementar tibb sahəsinin ən yüksək mükafatı olan "Magistr Ulduzu" ali mükafatının sahibi, M.Nostradamus adına Proskopik Elmlər Akademiyasının (NPEA) "Elmin və təcrübənin metri" adının sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "İlin ekstrasensi", "Fəxri ekstrasens" mükafatlarının qalibi, beynəlxalq təşkilatların çoxsaylı mükafat, diplom və sertifikatlarının sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti