...

Qışda mənzillərin isidilməsində problem yaranmayacaq ki?

Cəmiyyət Materials 29 Sentyabr 2015 15:48 (UTC +04:00)
Qışda mənzillərin isidilməsində problem yaşanmaması üçün tədbirlər görülür.
Qışda mənzillərin isidilməsində problem yaranmayacaq ki?

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/

Qışda mənzillərin isidilməsində problem yaşanmaması üçün tədbirlər görülür. Bunu Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, artıq 4 aydır ki, qurum bu istiqamətdə xeyli iş görüb.

Qışda evlərin isidilməsi üçün təmsil etdiyi qurum tərəfindən tədbirlər planı hazırlandığını deyən İ.Mirzəliyev vurğulayıb ki, gələcəkdə yarana biləcək nöqsanların qarşısı indidən alınır: "Aprel ayında mövsüm başa çatandan sonra bütün təsərrüfatlarda hidravlik sınaq aparılır. Yəni havanın davamlılığı yoxlanılır. Mövsüm ərzində nöqsanlar olan yerdə qeydiyyatlar aparılır və mövcud problemlər müəyyənləşdirilir. Qazanxanalarda nöqsanların aradan qaldırılması, istilik xətlərində zəif yerlərin müəyyən olunması, onların dəyişdirilməsi, avtomatik avadanlıqların sazlanması işləri görülür".

Gələn ayın 10-na kimi bütün lazımi tədbirlərin görülüb başa çatdırılacağını qeyd edən qurumun sədr müavini bildirib ki, işlər yekunlaşandan sonra bir daha sınaq aparılacaq: "Gördüyümüz işləri yenidən yoxlayacağıq ki, davamlılığın necə olduğunu bilək. Əgər müəyyən problemlər yaransa çalışacağıq ki, onu qısa müddətdə aradan qaldıraq. Hazırda Bakı şəhərində bizim xidmət zonamızda 4500-ə yaxın yaşayış binası var, bunun da təqribən 4000-ni istiliklə biz təmin edirik. Bununla yanaşı, 1000-ə yaxın məktəb, səhiyyə, sosial obyekt var. Bunlar bizim xidmətimizdədir. Onların hamısı istiliklə təmin olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti