...

Nuridə Qurbanova Rusiya Akademiyasının medalı ilə mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2015 14:36 (UTC +04:00)
Nuridə Qurbanova Rusiya Akademiyasının “Mərhəmət və xeyriyyəçiliyə görə” medalı ilə mükafatlandırılıb (FOTO)
Nuridə Qurbanova Rusiya Akademiyasının medalı ilə mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Vüqar İmanov/

Məşhur azərbaycanlı öncəgörücü və şəfaverici Nuridə Qurbanova Rusiya Federasiyasının İctimai medallar və xatirə nişanları komissiyasının qərarına müvafiq olaraq "Mərhəmət və xeyriyyəçiliyə görə" medalı ilə mükafatlandırılıb. Bunu Trend-ə Nuridə Qurbanova Fenomeni Mərkəzindən deyiblər.

Medal Bakıda Rusiya Psixologiya Akademiyasının prezidenti, Rus Pravoslav Akademiyasının akademiki, professor Ruşan Simbatulin tərəfindən təqdim edilib.

N. Qurbanova, həmçinin Rusiya Psixologiya Akademiyasının parapsixologiya elmi üzrə doktorluq dərəcəsinə layiq görülüb. O, Rusiya Ezoterizm Cəmiyyətininin İdarə Heyəti Şurasına daxil olub.

R.Simbatulin mükafatlandırma mərasimində Rusiyada Mələk xanım və Azərbaycan Vanqası kimi tanınan N.Qurbanovanın xüsusi qabiliyyətlərini qeyd edib. N.Qurbanova fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu, N.Qurbanovanın son aylar ərzində növbəti mükafatıdır.

Daha əvvəl "INTERSAFETY" ("Beynəlxalq Təhlükəsizlik") Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təltiflər İttifaqının (UNCOPA) Təltiflər Şurasının qərarına əsasən N.Qurbanova "Qızıl qartal" ordeni ilə mükafatlandırılıb. N.Qurbanova, həmçinin sağlam həyat tərzinin qorunması, xalq təbabətinin inkişafı və ictimai təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi xidmətlərə görə "Sülh missiyasının səfiri" adı verilməklə "Cəmiyyət qarşısında xidmətlərinə görə" qızıl medalı ilə mükafatlandırılıb. Ona Rusiyanın "Hippokrat" ordeni təqdim edilib. Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığı adından Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırıb.

N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa şəhərində anadan olub. O, bioenerqoinformatika elementləri ilə ənənəvi sagaltma sistemləri üzrə mütəxəssisdir, insanın fikirlərini onun nəbzi əsasında oxuya bilir, diaqnostika və müalicədə öncəgörmə və kosmobioenergetikadan istifadə edir.

N.Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal qabiliyyətləti "ENİOM" Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib.

Məhsuldar fəaliyyəti sayəsində elm dünyasında tanınıb və bir sıra yüksək mükafatlara layiq görülüb. Belə ki, Moskva şəfavericiləri reyestrinə daxil edilən Nuridə Qurbanova "Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya filosofiya elmləri doktoru, enerji informasiya elmləri namizədi, komplementar tibb sahəsinin ən yüksək mükafatı olan "Magistr Ulduzu" ali mükafatının sahibi, M.Nostradamus adına Proskopik Elmlər Akademiyasının (NPEA) "Elmin və təcrübənin metri" adının sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "İlin ekstrasensi", "Fəxri ekstrasens" mükafatlarının qalibi, beynəlxalq təşkilatların çoxsaylı mükafat, diplom və sertifikatlarının sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti